Dedi pünhan sevdim səni

Son güncelleme: 12.03.2015 16:09
  • Eşq tufanı qopdu belə
    Sığal cəkdim saca telə
    Dedim keşkə O ,yar gələ
    Gercək ola xəyal yəni ...

    Məhəbbətin yollarında
    Cox olmuşam sınağında
    O,gün sevgi bulağında
    Süzüb kecdi gözlərini ...


    Ürəyimdə sözüm qaldı,
    Canı yanmış canım aldı,
    Məktub yazdım belə yazdı,
    Xatirəndə yaşat məni...

    Bu sevgidə saca dən-dən
    Yağdı bəyaz qarlar hərdən,
    Doymaq olmaz məhəbbətdən,
    Cəkdim nazın qəmzəsini...

    Seymura gendən baxaraq,
    Duyğulara hey dalaraq,
    Röyamda qonaq olaraq,
    Dedi pünhan sevdim səni..

    Seymur Sönməz

    alıntı
#12.03.2015 16:09 0 0 0