Sevməyim Necə

Son güncelleme: 17.03.2015 14:17
  • Ey Ana yurdumun gözəl dilbəri,
    Eşqindən alışıb, yanmayım, necə?
    Sənə vurulalı dəli könlümü
    Sevgi divanəsi sanmayım, necə?

    Mən razı qalmışam öz seçimimdən,
    Həm ağıl, həm də ki, göz seçimimdən,
    Sənə mən açdıqca söz seçimimdən,
    Sənin məramını qanmayım, necə?

    Mən səni sevmişəm neçə il öncə,
    Nitqim tutulurdu səni görüncə,
    Ay sözü şirinim,ay şəkər dillim,
    Mən səni sevməyim, sevməyim, necə?

    alıntı
#17.03.2015 14:17 0 0 0