Microsoft boşluğu bağladı

Son güncelleme:
  • Microsoft şirkəti Stuxnet kompüter qurdu tərəfindən istifadə edilən LNK boşluğu üçün yeni yamaq yaradıb.

    Stuxnet 2010-cu ildə İrandakı nüvə mərkəzinə qarşı hücum ilə əlaqədar açılıb. Microsoft o vaxt yamaq təqdim etsə də, 2015-ci ilin əvvəlində məlum olub ki, onun təsiri qeyri-effektivdir.

    Kasperski Laboratoriyasının verdiyi məlumata əsasən, 2013-cü ilin noyabr ayından 2014-cü ilin noyabr ayınadək boşluğun 19 milyon fərdi kompüterə qarşı 50 milyon dəfə fəallığı qeydə alınıb. Bu hadisələrin əksəriyyəti Vyetnamda və Hindistanda baş verib.

    alıntı
0 0 0