Müdriklərin elm və bilik haqqında düşüncələri

Son güncelleme:
  • Məhəmməd (s.a.s) peyğəmbərin elm haqqında hədislərindən

    “Allahım! Fayda verməyən elmdən, qorxmayan ürəkdən, doymayan nəfsdən və qəbul olmayan duadan Sənə sığınıram!”
    (Müslim, “Zikir”, 73)

    “Allahım! Mənə öyrətdiyin elmlə məni faydalandır, mənə fayda verəcək elm öyrət və elmimi artır. Bütün hallarda Allaha həmd olsun. Cəhənnəm əhlinin halından Allaha sığınıram!”

    (“Tirmizi”, “Dəavat”, 129)
    Bilik xəzinədir, onun açarı sualdır. Bilmədiyiniz şeyi soruşun ki, Allah sizə öz rəhmətini əta etsin. Çünki sual soruşmaqla dörd nəfərə savab verilər: soruşana, cavab verənə, eşidənə və onları dost sayana.
    Kim ki, evdən elm dalınca çıxır, o qayıdana qədər Allah yolundadır. Kim ki, elm dalınca gedir, Allah onun cənnət yolunu asanlaşdırır; mələklər onu qanadları altına alaraq, bu yoldakı bəlalardan qoruyur.
    Kim ki, elmi körpəlikdən öyrənir, onun elm öyrənməyi daş üzərində yazı yazmağa oxşayır, kim ki, yaslı vaxtında öyrənməyə başlayır, bu su səthində yazmağa oxşayır.
    İslam hədislərindən

    “Elm, bilik o qədər həzz mənbəyidir ki, o insana hər şeyi, hətta fiziki iztirabı, necə qocaldığını belə unutdura bilər”.

    Konfutsi

    “...İlahi, bütün hərəkətlərimdə və mühakimələrimdə məni qane et yalnız təkcə bilikdə yox, çünki istəyirəm “bilik acı” olum, ondan doymayım... Mənə biliklərimi genişləndirmək üçün elə qüvvə, iradə və qabiliyyət ver ki, ağlım səhvlərimi tapsın və onları dərk etsin”...
    Maymonid, “Həkimin gündəlik ibadəti”
    “Mən onu bilirəm ki, mən heç nə bilmirəm”
    Sokrat, Yunan filosofu

    Şey və istedad. Əgər heç biri yoxdursa – əzəmət yoxdur. Birləşdikdə - valehedici olurlar. Səy göstərən adi adam, səy göstərməyən istedadlı adamdan daha çox şeyə nail olur. Şöhrət ciddi əmək hesabına qazanılır. Asanlıqla basa gələn şey yüksək qiymətləndirilə bilməz...

    Öyrəniləsi şeylər həddindən artıq çox, insan həyatı isə olduqca qısadır. Biliksiz həyat – həyat deyil. O adam məharətlidir ki, çox əziyyət çəkmədən elmə yeyələnir. Çox şeyi başqalarından öyrənir, hamının müdrikliyindən və qabiliyyətindən bəhrələnir...

    Hər şeyin dalınca qaçma, dərinliyə can at. Əzəmətin mahiyyəti miqdarda yox, keyfiyyətdədir. Hər şeyin əlası az tapılır və nadir olur; çox olan şeyin qiyməti də aşağı olur. İnsanlar içərisində pəhləvanlar boyu, cırtdanlar ağlı ilə seçilirlər. Bəziləri kitabı qalınlığına görə qiymətləndirirlər, sanki kitab zehnin yox, əllərin işləməsi ucun yazılır. Yalnız birtərəfli inkişaf etməklə orta səviyyədən yuxarı qalxa bilməzsən. Amma universal adamların bədbəxtliyi ondadır ki, çox şeyi bilməyə can atırlar və heç neyi axıra kimi tam bilmirlər. Yalnız dərinlik həqiqi, yüksək materiyada fövqəladə üstünlüklər verir.

    Ya özün bil, ya da bilənlərə qulaq as! Ağılsız yaşamaq mümkün deyil, ya özünün ya da başqalarının ağlından istifadə etməlisən. Çoxları bilmirlər ki, neyi bilmirlər, digərləri bilmədikləri halda elə fikirləşirlər ki, bilirlər. Cahil adamlar özlərini dərk etmədiklərindən onlara lazım olan və çatışmayan şeyləri axtarmırlar və buna görə də öz səfehliklərindən irəli gələn nöqsan və qüsurları aradan qaldıra bilmirlər. Bəziləri özlərini alim saymasaydılar, doğrudan da alim ola bilərdilər. Belələri özlərindən çox razıdırlar və özlərinə arxayın olub heç kimə qulaq asmırlar. Məsləhət almaqdan çəkinmə, bu, sənin nə əzəmətini azaldar, nə də ağlın ucun eyib sayılar. Məhz məsləhətə qulaq asmaq bacarığı ağlın olmasına dəlalət edir.

    Şəxsiyyəti mədəniyyət yaradır, şəxsiyyətin böyüklüyü mədəniy-yətin yüksəkliyindən asılıdır!

    Özünüdərk. Öz xasiyyətini, ağlını, fikirlərini, həvəslərini dərk et. Özünü tanımasan, özünü idarə edə bilməzsən. Özünə güzgüdə baxa bilərsən, amma qəlbin güzgüsü yoxdur; qoy özün haqqında sağlam düşüncən qəlbinin güzgüsü olsun. Öz xarici görkəmini unuda bilərsən, amma daxili aləmin haqqında, onu yaxşılaşdırmaq və kamilləşdirmək üçün daima düşün.

    Baltasar QRASIAN. XVII əsr Ispan mutəfəkkiri. “Kamillik əlmi” fəlsəfi traktatından

    Dörd qisim kisi var: Biri bilir və bilir ki, bilir. O, alimdir, ona tabe olun. Biri bilir amma bilmir ki, bilir. O yatıb, onu oyadın. Biri bilmir və bilir ki, bilmir. O, yol itirəndir, ona yol göstərin. Biri bilmir və bilmir ki, bilmir. O, nadandır, ondan uzaqlaşın.
    Dörd Hikmət (ərəb mənbələri)

    Bilmədiyini bilən, qəbul edən cahilliyin qapısını bağlayıb, biliyin qapısını açan insandır.
    Bilmədiyini bilməyən və qəbul etməyən isə cahilliyin içinə özünü həbs etmiş, cahilliyə məhkum insandır.
    Şahnaz Aras (Türk uşaq psixoloqu)

    Qüvvət elmdədir, başqa cür heç kəs,
    Heç kəsə üstünlük eyləyə bilməz,
    Hər uca zirvədən, bilin ki, fəqət.
    Alimin rütbəsi ucadır, əlbət!

    Nizami Gəncəvi

    Ey müəllim, aləti-təzvirdir əşrarə elm,
    Qılma əhli-məkrə təlimi-məarif, zinhar!
    Hiylə üçün elm təlimin qılan müfsidlərə,
    Qətli-am üçün verər cəllada tigi-abidar.
    Hər nə təzvir etsə əhli-cəhl ona olmaz səbat,
    Məkri-əhli elmdir, əsli-fəsadi-ruzigar.
    Məhəmməd Füzuli


    Mərifət sahibləri arasında hər şeyi olduğu kimi dərk etməyə, hər işi lazımı kimi yerinə yetirməyə hikmət deyilir! Bunun nəticəsində insanın mənəviyyatı mümkün qədər təkmilləşməli, arzu edilən səviyyəyə yüksəlməlidir. Bələ olduqda hikmət iki yerə bölünür: biri – elm; o biri əməl.
    Elm – varlıqların həqiqətən necə olduqlarını düzgün təsəvvür etmək, insanın yaradıcı ağlı və sağlam düşüncəsi dairəsində onun xüsusiyyət və keyfiyyətlərini kəsf etməkdir!
    Əməl – gizli quvvələri ortaya cıxarmaq, muxtəlif sənəd və pəsələrdən fayda goturmək, muxtəlif is vərdisləri əldə etmək ucun gostərilən fəaliyyətə deyilir. Bu sərtlə ki, o, bəsəriyyətin qudrətinin artmasına, onun təkmilləsməsinə səbəb olsun!
    Kimdə bu iki fəzilətdən hər ikisi varsa, o ən mudrik insan, ən kamil alim həsab ədilər. Onun yəri bəşər övladının tuta biləciyi ən yüksək mövqeyin fövqündə olar! Necə ki, buyurublar: “Kimi isteyirsə, ona hikmət vərir, kimə hikmət vərirsə, ona boyuk nəmət vərir”!
    Nəfs ələ bir şeydir ki, onu ozbasına buraxsan alcaqlıga meyl gostərib bataqlıqda batar; cilovlayıb – istiqamət vərsən, fəzilət yuksəkliklərini fəth ədib kamala catar!
    Xasiyyət – agıl və dusunceyə əhtiyac olmadan, nəfsi asanlıqla fəaliyyət gostərmeyə məcbur ədən fitri xüsusiyyətdir.
    Nəsrəddin Tusi. “Əxlaqi-Nasiri”

    Elmlərin cilovunu əldən buraxmayın, əlmlər sahlıq qusuna oxsayarlar, bəzən basa qonarlar, bəzən basdan ucarlar.
    (Həsəni Bəsri, sufi alimi, VIII əsr)
    Əsil müəllim necə olmalıdır?

    A.Mirzəcanzadə “İxtisas giriş” kitabında İbn Akinə görə müəllimin aşağıdakı yeddi keyfiyyətə malik olmalı olduğunu göstərmişdir:

    1. Dərs dediyi fənni mükəmməl bilməlidir.
    2. Hərəkətləri biliyinə uyğun gəlməlidir.
    3. Təhsil üçün nəmərdən imtina etməlidir.
    4. Tələbələrlə öz övladları kimi rəftar etməlidir.
    5. Biliyinə və ona uyğun olaraq hərəkətinə dərin inamı olmalı, eyni zamanda bu inamı tələbələrinə aşılamalı və bununla da onlara xoşbəxtliyin yolunu göstərməlidir.
    6. Tələbələrinə qarşı xeyirxah və səbirli olmalıdır.
    7. Tədris planını şagirdlərin əqli qabiliyyətinə uyğun olaraq ardıcıllıqla tətbiq etməlidir.

    Mən bir neçəsini də əlavə edərdim: Əsil müəllim ilk növbədə bütün tələbələrini sevməlidir; auditoriyada mövzudan kənar söhbətlər etməməli, siyasətlə məşğul olmamalı, özündən danışmamalıdır və s.

    “Hər bir alimin öz elmi işlərinin nəticəsini kütləvi surətdə, hətta başqa sahələrdə çalışan alimə çox ciddi və əyani şəkildə şərh etməsi alimliyin əsas keyfiyyətlərindən biridir. Əgər hər hansı alim bu işin öhdəsindən gələ bilmirsə, demək o, öz işini heç özü də başa düşmür”.

    Azad Mirzəcanzədə

    “Təkcə bilik azdır, onu tətbiq etmək lazımdır; istəmək azdır, fəaliyyət göstərmək lazımdır”

    Göte, alman filosofu

    Bəzi kitabları dadmaq, bəzilərini elə-belə udmaq olar, amma az miqdarda kitabı yaxşı çeynəmək və həzm etmək lazımdır.
    F.Bekon

    Nəyi isə oxuyan adam heç bir şey oxumayan adamdan xeyli yüksəkdə durur.
    V.Q.Belinski

    Yaşayaraq əldə edilən bilik daş üzərinə həkk edilmiş yazı kimidir.
    T.Karlayl

    alıntı
0 0 0