Qayıda bilmərəm daha kecmişə

Son güncelleme:
  • azdım misralarda sətir titrədi,
    Dil topux caldı kəlməmdə əsdi,
    Bilmədim bu təlaş,özümdə nədi ,
    Həyacan bürüdü düşdüm təşvişə.

    Fikir uzaqlaşdı xəyal dolaşdı,
    Sanki bihuş idim ağlımda caşdı,
    Ay gözəl bu nə göz de bu nə qaşdı,?
    Yanağın al lalə,siman gülöyşə .

    Məhəldə qoymadın halıma mənim,
    Oldun həmin andan arzum diləyim ,
    Deyirsən sevmə sən ,nece sevməyim ,
    Qayıda bilmərəm daha kecmişə .

    Seymuram atdımı atdım sən sarı
    Düşündüm daşındım dedimki barı ,
    Geləsən ömrümə ömrüm baharı,
    Əbədi secimim olar bu peşə .

    Seymur Sönməz

    alıntı
0 0 0