Hz.Məhəmməd'in imam Əli'yə Vəsiyyəti - 2

Son güncelleme:
  • * Ey Əli! Fitr bayramında tutulan oruc haramdır. Qurban bayramı günü tutulan oruc da haramdır. Günah bir iş üçün nəzr edilən oruc da haramdır. Dəhr orucu (bütün illər və ya bütün günlər) haramdır.

    * Ey Əli! Riba [günah və ya keyfər baxımündan] yetmiş növdür. Onun ən aşağı olanı bir kişinin öz anası ilə Kə`bə evində zina eləməsinə bərabərdir.

    * Ey Əli! Bir dirhəm riba Kə`bə evində öz məhrəmi (ana və bacı kimi) ilə yetmiş dəfə zina etməkdən daha mənfurdur.

    * Ey Əli! Malına düşən zəkatdan bir qırat (dirhəmin iyirmi dörddə biri) olsa belə ödəməyən adamın nə imanı var, nə də o adam müsəlman sayılır. O adamın ehtiramı da olmaz.

    * Ey Əli! Zəkat verməyən kəs qiyamət günü Allahdan onu geri qaytarmasını istəyər. necə ki, Allah-təalanın bu kəlamından göstərilir: “Bəlkə, (indiyə qədər) zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm! (Yaxud, bu günə qədər tərk etdiyim imana qayıdıb saleh bir əməl edim!)

    * Ey Əli! İmkanı olduğu halda həcci tərk edən şəxs kafirdir. Allah-təala buyurur: “…Onun yoluna (ərzaq, minik və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu inkar edərsə (özünə zülm etmiş olar) əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!”

    * Ey Əli! Həcci tə`xirə salmaqla – bu minvalla nəhayətdə ömürü başa vurub ölən şəxs, qiyamət günü yəhudi və ya məsihi olaraq ayağa qalxar.

    * Ey Əli! Sədəqə hökmü verilmiş qəza və qədəri geri götürər.

    * Ey Əli! Sileyi rəhm (yaxın qohumlara baş çəkib, əl tutmaq) ömürü uzadır.* Ey Əli! Yeməyi duzla başla, duzla da qurtar ki, onda yetmiş iki xəstəliyin şəfası var.

    * Ey Əli! Mahmud məqamında duranda (ilk olaraq) atam, anam, əmim, cahilliyyət zamanında olan qardaşım üçün şəfaət istəyəcəyəm.

    * Ey Əli! Mən iki zəbihin övladıyam.

    * Ey Əli! Mən Həzrət İbrahimin duasıyam.

    * Ey Əli! Əql odur ki, onun vasitəsilə cənnət əldə edilsin, Rəhman Allahın razılığı istənilsin.

    * Ey Əli! Allah-təalanın yaratdığı ilk şey əql olmuşdur. Əqli yaratdığı zaman ona dedi: Mənə bax (üzünü mənə çevir) və irəli gəl! O qabağa gəldi. Sonra ona buyurdu: Dön və qayıt. O qayıtdı. Allah-təala buyurdu: İzzət və cəlalıma and olsun, Səndən daha sevimli olacaq bir məhbubu yaratmadım. Sənə görə alıram, sənə görə əta edirəm. Sənin vasitənlə mükafatlandırıram, sənin vasitənlə cəza verirəm.

    * Ey Əli! Yaxın qohum-əqraba arasında kasıb, möhtac olduğu halda [onu qoyub] qıraq adama sədəqə vermək cayiz deyil.

    * Ey Əli! Əməlsiz danışığın heç bir faydası yoxdur. Batinsiz zahirin, bəxşişsiz mal-sərvətin, vəfasız düzgünlüyün, zöhdsüz fiqhin, niyyətsiz sədəqənin, sağlamlıq olmadan həyatın, əmin-amanlıq olmadan vətəndə olmağın heç bir faydası, xeyri yoxdur.

    * Ey Əli! Sizlərdən hansınızın əxlaqda və metodda daha çox mənə oxşayanınızı sizə bildirimmi?Dedi: Buyurun ya Rəsuləllah.Buyurdu: Sizlərdən ən xoşəxlaqlısı, sizlərdən ən üzüyolası və səbirlisi, öz qohumlarına ən çox yaxşılıq edəniniz, özünə nisbətdə daha çox insaflı davrananınızdır.

    * Ey Əli! Gəmiyə mindikləri zaman bu duanı oxuduqlarında mənim ümmətim amanda olar:[8] Bismillahir-rəhmanir-rəhim. (Müşriklər) Allahı lazımınca qiymətləndirmədilər. Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. (Yerin də, göyün də hökmü ancaq Allahın əlindədir. Bütün kainat Allahın qüdrətinə tabedir.) (Allah müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır! Bismillah Onun (üzüb) getməsi də, dayanması da Allahın adı ilədir. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!

    * Ey Əli! Mənim ümmətimdən hər kəs bu duanı oxusa oğurluqdan amanda olar: “De: İstər Allah, istərsə də Rəhman deyib çağırın (dua edin). Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur.”

    * Ey Əli! Bu duanı mənim ümmətimdən hər kəs oxusa (evinin, mülkünün) xarab olmasından (uçulub, sökülməsindən) amanda olar: .“Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar (öz mehvərindən çıxmasınlar) deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da (Allah) həlimdir, bağışlayandır!

    * Ey Əli! Mənim ümmətimdən hər kəs bu duanı oxusa qəmdən və giriftarçılıqdan amanda olar: “Mərtəbəsi yüksək və əzəmətli olan Allahdan başqa güc və qüvvət sahibi yoxdur.”

    * Ey Əli! Mənim ümmətimdən hər kəs bu duanı oxusa, oddan-alovdan (yanmaqdan) amanda olar: “Şübhəsiz ki, mənim hamim Kitabı (Qur`anı) nazil edən Allahdır. O, əməlisalehlərə himayədarlıq edər! (Müşriklər) Allahı lazımınca qiymətləndirmədilər.”

    * Ey Əli! Yırtıcı heyvanlardan qorxan hər kəs bu duanı oxusun: (surənin axırına qədər oxumalı.)Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir…”

    * Ey Əli! Hər kəsin mal-qarası (evdə saxladığı heyvanı–atı, inəyi) tərslik edib sözə baxmasa, onun sağ qulağına bu duanı oxusun: “…Halbuki göylərdə və yerdə olanlar istər-istəməz Ona (Allaha) təslim olmuşlar və Onun hüzuruna qayıdacaqlar.”

    * Ey Əli! Cadudan, şeytançılıqdan qorxan hər kəs bu duanı oxusun: “Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan (ərşə üz tutan), hər işi yoluna qoyan Allahdır.

    * Ey Əli! Atanın övladına olan borcu ona yaxşı ad qoyması, onu yaxşı tərbiyə etməsi və düzgün mövqe tutmasına kömək göstərməsidir. Övladın ataya olan borcu ondan ibarətdir ki, atasını adı ilə çağırmasın, ondan qabaqda yol getməsin, onun qarşısında oturmasın və atası ilə birgə hamama girməsin.

    * Ey Əli! Allah lə`nət eləsin o ataya, anaya ki, [pis və düzgün olmayan rəftarları ilə] övladlarını onlara hörmətsizlik göstərməyə və üzlərinə ağ olmağa vadar edirlər.

    * Ey Əli! Övladın ataya, anaya qarşı etdiyi hörmətsizliyin günahı və nəticəsi, ata və ananın övladlarına göstərdikləri hörmətsizlik kimidir.

    * Ey Əli! Allah rəhmət etsin o ata, anaya ki, övladlarının onlara yaxşılıq və ehsan etmələrinə bais olurlar.

    * Ey Əli! Ata və anasını qəmgin edən kəs, onların üzünə ağ olmuşdur və valideynlərinə hörmətsizlik etmişdir.

    * Ey Əli! Gözü qarşısında mö`min qardaşının qeybəti olunan şəxs, qeybətin qarşısını ala bildiyi halda, sakit durub qeybətə e`tinasız olsa, Allah onu dünya və axirətdə xar edər.

    * Ey Əli! Kim bir yetim uşağa həddi büluğa çatıb, öz qazancını əldə edincəyə qədər köməklik göstərib onun zəruri xərclərini öz öhdəsinə götürsə, cənnət o şəxsə vacib olar.

    * Ey Əli! Məhəbbət və nəvazişlə yetim bir uşağın başına sığal çəkən kəsin bu işinin əvəzində, Allah qiyamət günü ona, uşağın saçlarının sayı qədər nur əta edər.

    * Ey Əli! Nadanlıqdan böyük kasıbçılıq yoxdur. Əqldən böyük dövlət yoxdur. Xudpəsəndlikdən qorxulu tənhalıq yoxdur. Tədbir kimi gözəl əql yoxdur. Təqvadan böyük abidlik yoxdur. Heç bir şərafət yaxşı əxlaq qədər ola bilməz. Heç bir ibadət düşünmək qədər ola bilməz.

    * Ey Əli! Danışığın görəcəyi eyb və zərər yalandır, elmiş görəcəyi eyb və zərər unutqanlıqdadır, ibadətə dəyəcək zərər onun tərkindədir. Gözəlliyi zay edə biləcək eyb və zərər təkəbbür və xudpəsəndlikdir. O əməli korlayacaq zərər həsəddir.

    * Ey Əli! Adım çəkilərkən mənə salavat göndərməyən şəxs Cənnətin yolunu itirmişdir.

    * Ey Əli! Əlimi dirsəyə qədər əjdahanın ağzına salmaq, mənim üçün malı-sərvəti olmayıb təzəcə sərvətə sahib olmuş bir adamdan bir şey istəməkdən daha rahatdır.

    * Ey Əli! Üzüyü sağ ələ tax. Bu işdə müqərrəblər üçün Allahdan bir fəzilət vardır.Soruşdu: Ey Allahın rəsulu! Hansı üzüyü taxım?Buyurdu: Qırmızı əqiq tax. Çünki bu daş Allahın rəbbaniyyətinə, mənim peyğəmbərliyimə, sənin canişinliyinə və övladlarının imamətinə, şiələrinin behiştlik, düşmənlərinin isə cəhənnəmlik olacağına iqrar etmiş ilk dağdır.

    * Ya Əli! Görəndə ki, camaat müstəhəb işlə məşğuldur, sən vacib olan işə məşğul ol. Görəndə ki, başqaları dünya işləri ilə məşğuldurlar, sən axirət işini qabağa sal. Camaatı başqalarının eyibləri ilə məşğul olan görəndə, sən öz eyiblərinin fikrində ol. Elə ki, gördün camaatın başı dünyanın bər-bəzəyinə qarışıb, öz dünyalarına ziynət verməklə məşğuldur, sən axirətini ziynətləndirməyə giriş. Elə ki, gördün bütün səylər əməlin çoxluğuna sərf olunur, sən əməllərin ixlaslı olmasına çalış. İnsanlar təvəssül olaraq xalqa, yaradılmışlara üz tutanda, sən təvəssül əlini Allaha sarı uzat.Ey Əli! Şəxsən sənin özünə bir neçə tövsiyəm var, onları yaddan çıxarma!(İlahi Pərvərdigara! Özün ona kömək ol!)Birinci: Düzgünlük, doğrunu söyləmək. Məbada ağzından yalan çıxa;İkinci: Təqva. Məbada xəyanət etməyə cür`ət edəsən;Üçüncü: Allahı görürmüş kimi Ondan qorxmaq;Dördüncü: Allahın xofundan çoxlu ağlamaq. Bu göz yaşları axirətdə sənə min imarət salacaqdır;Beşinci: Malı və canı din yolunda fəda etmək;Altıncı: Namaz, oruc və sədəqə verməkdə mənim üsuluma müvafiq hərəkət etmək – Sonra üç dəfə buyurdu: Gecə namazını əldən buraxma. Yenə üç dəfə buyurdu: Zöhr namazını əldən vermə, bütün hallarda Qur`an oxu, namazda əlləri yuxarı qaldır, dəstəmaz aldığın zaman misvakla dişləri təmizləməyi unutma, yaxşı əxlaqa riayət et və pis yaxşılıqdan uzaq ol. Əgər bu dediklərimə əməl etməsən özündən başqa kimsəni məzəmmət etmə.

    * İnsan gün ərzində bir haqqı əda etmədən, ya bir vacibi yerinə yetirmədən, ya bir elmi öyrənmədən, ya xeyir bir iş görmədən, ya yaxşı bir ad qazanmadan həmin günü əldən çıxarsa, həqiqətdə həmin günə sitəm, özünə isə zülm etmişdir və beləliklə də ilahi cəzaya layiq görülmüşdür.* İzzət və Cəlal sahibi Allah buyurur: Ey Adəm övladı! Hər gün ruzin yetişir, [amma] sən qəmginsən, amma hər gün ömründən azalır, sən isə şadsan. Gündəlik ruzin çatır, amma daha artığının dalısıyca gedirsən, bu isə artıq tuğyan və qudurğanlıqdır. Nə aza qanesən, nə də çoxdan doyursan.

    alıntı

    https://www.main-board.com/islami-movzular/797377-hz-mehemmedin-imam-eliye-vesiyyeti-1-a.html#post5188396
0 0 0