Qəlbimdə sevgimə xəyanət yoxdur

Son güncelleme: 23.03.2015 13:04
  • Məhəbbət olsada yolları dərin
    Əsiri olmuşam əzəldən eşqin ,
    Məni tərk eyləyib,cıxaraq getdin,
    Bəhanən kalandır,nöqsanın coxdur,
    Qəlbimdə sevgimə xəyanət yoxdur ...

    Min söhbət eşitdi qulağım bu gün,
    Özümü özümdən eylədin sürgün ,
    Ağrıdım həkimə getmişdim O gün,.
    Nəbzimi yoxladı, dedimki doxdur ,
    Qəlbimdə sevgimə xəyanət yoxdur ...

    Hec kimi düşməsin,mən düşən hala,
    Dünya bi vəfadı kim yaşaya kim qala,
    Mənim saf eşqimi atıb kənara,
    Sandın bir oyuncaq sanki oyundur ,
    Qəlbimdə sevgimə xəyanət yoxdur ...

    Artıq gedirəm səndən uzağa,
    Düşdüm dildən dilə sözə qınağa,
    Bir gün rast gələrsən məntək qonağa,
    Sanmaki cismimdi yox əşi ruhdur ,
    Qəlbimdə sevgimə xəyanət yoxdur...

    alıntı
#23.03.2015 13:04 0 0 0