Əlvida demədən çıxıb gedəcəm

Son güncelleme: 29.03.2015 21:47
  • Nə çarə insanlar belədir belə
    Gözləri korolub görsünlər necə
    Gördüyü hər nə var deyir ver mənə
    Əlvida demədən çıxıb gedəcəm.

    Dost dediyin yarıda qoydumu səni
    Fürsəti görüncə vurdumu səni
    Dözülməz həqiqət yordumu səni
    Əlvida demədən çıxıb gedəcəm.

    Bacıya qardaşa yox etibarım
    Tərk edib gedibdir istəkli yarım
    Bir günə ağardı qara saçlarım
    Əlvida demədən çıxıb gedəcəm

    Sevincib kədərə boyun əyibdir
    Taleyim köksümə dağlar çəkibdir
    Alnımda yazını silən silibdir
    Əlvida demedən çıxıb gedəcəm

    Əl açıb tanrıdan kömək istədim
    Ağladım özümə sirdaşistədim
    Kəfənə bürünüb ölmək istədim
    Əlvida demədən çıxıb gedəcəm

    Əzrayıl qapımı çalır durmadan
    Aparır yanına heç soruşmadan
    Sizinlə qorxuram vidalaşmadan
    Əlvida demədən çıxıb gedirəm

    ..Yenə Mən.. şerinə qəmini qatdı
    Sizinlə dətləşib qəmini atdı
    Diyəsən sözləri hər kəsə çatdı
    Əlvida demədən çıxıb gedirəm

    Müəllif:...Yene Men...
#29.03.2015 21:47 0 0 0