Kahı sendviçi

Son güncelleme: 29.03.2015 22:24
  • noimage

    Ərzaqlar:

    Kahı

    1 ədəd pomidor

    1 qırmızı soğan

    Limon şirəsi
    Ağ pendir
    Zeytun,
    Duz
    Təzə bibər.

    Sous üçün:

    1 diş əzilmiş sarımsaq

    Mixək
    "Zeytun Bağları" zeytun yağı
    Kahı, pomidor yuyulur və qurudulur.
    Sous üçün lazım olan zeytun yağı, əzilmiş sarımsaq və mixək qarışdırılır.Kahının böyük yarpaqlarını seçirik.Kahının üzərinə azca duz və istiot vururuq. Nazik, halqa çəkilində doğranmış soğanları yarpağın üstünə qoyuruq, onların da üzərinə sous çəkirik.Kiçik bir yarpaq qoyun. Üzərinə pomidor və bir dilim pendir üst-üstə qoyulur. Yenə duz və istiot əlavə edin. Sonra bütün ərzaqlara sous çəkin.
    Məxbəx çöpünü sedviçə batırırıq.Və buyurun, hazırdır. Bildiyiniz kimi kahı yarpaqlarına hər hansı bir başqa ərzaq da qoymaq olar, zövqdən asılıdır.Nuş olsun!
#29.03.2015 22:24 0 0 0