Sənin üçün gətirib xaliq-i dövranə məni

Son güncelleme:
  • Gözəlim eyləyib eşqin yenə divanə məni
    Nə olar qoyma bu hicran ilə təktanə məni

    Səni günlərnən əyər görməsəm halım dəyişər
    Gül üzün nur çiləməynən gətirir canə məni

    Hesab et mən quru səhradakı Məcnun kimiyəm
    Amma zənn eyləmə sən eşqidə divanə məni

    Ola bilsinki məni eşqidə namərd sayasan
    Çoxu ancaq tanıyır əhdinə mərdanə məni

    Adı……özü ancaqki mələkdəndə gözəl
    Səni təsvir edə fikrim çəkə pünhanə məni

    Hərkəsin qisməti alnında yazmış deyilir
    Sənin üçün gətirib Xaliqi dövranə məni


    Müəllif: Qasım Quliyev

    alıntı
0 0 0