Ağlaram dindirmə məni

Son güncelleme:
  • İçimdə bir ağrı, acı,
    Ağlaram, dindirmə məni.
    Əsir düşüb başım tacı,
    Ağlaram, dindirmə məni !

    Qarabağım tapdaq altda,
    Neçə ildir qalır hələ.
    Gör bir yaram neçə qatda ?
    Ağlaram, dindirmə məni !

    Hanı Laçın, hanı Şuşa ?
    Mərd namərdlə durdu qoşa.
    Bu dərd ilə Arif yaşa,
    Ağlaram, dindirmə məni !

    Ayrı düşdüm o yerlərdən,
    İzim qaldı o yerlərdə.
    Özüm də küsdüm özümdən,
    Ağlaram, dindirmə məni !

    Xəritəyə baxanmıram,
    Düşmən girib sinəmizə.
    Qılınc qına taxanmıram,
    Ağlaram. dindirmə məni !

    Qoy dərdimə özüm yanım,
    Yaddan bizə yanan olmaz.
    Qoy qılıncı özüm çalım,
    Ağlaram, dindirmə məni !

    alıntı
0 0 0