Ailə haqqında atalar sözləri

Son güncelleme:
  • Ər-arvad ipəkdir, araya girən köpək.
    Azərbaycan atalar sözü

    Uşağı oxudan – atanın kisəsi, ananın kasası.
    Azərbaycan atalar sözü

    Hər kəs ağlar, ama analar başqa cür ağlar.
    Fars atalar sözü

    Bir-birini sevən ər-arvad komada da xoşbəxt olar.
    Alman atalar sözü

    Evlənərkən qulaqlarına yox, gözlərinə inan.
    Alman atalar sözü

    Ər ilə arvadın xəmiri bir yerdə yoğrulub.
    Azərbaycan atalar sözü

    Qadının gözəlliyi uşaq əlindəki silah kimidir – həm onun özü, həm də ətrafdakılar üçün təhlükəlidir.
    Ərəb atalar sözü

    Ərinə sahib olmaq istəyirsənsə, əvvəlcə onun mədəsinə sahib ol.
    İspan atalar sözü

    Dərdin çoxsa söylən, borcun yoxsa evlən.
    Türk atalar sözü

    Bir ata doqquz oğul saxlar, doqquz oğul bir atanı saxlamaz.
    Azərbaycan atalar sözü

    Oğlunun davakarlığı ilə fəxr edən ata axırda ağzıqanlı qalar.
    Fars atalar sözü

    Ağlarsa anam ağlar, başqası yalan ağlar.
    Türk atalar sözü

    Atasız uşaq tavansız ev kimidir.
    Afrika atalar sözü

    Pis övlad altıncı barmaq kimidir – kəsərsən ağrıyar, kəsməzsən səni
    eybəcər göstərər.
    Azərbaycan atalar sözü

    alıntı
0 0 0