Allah amandı

Son güncelleme:
  • Ömür gözəl yaşamağı qanana
    Könül vermə əhdə dönük cıxana
    Etibar yox bu gündən hec sabaha
    Yalanlar coxalıb bu nə dövrandı,
    Yaşamaq cətindi ALLAH amandı ...

    Verlişlər coxalıb kanallar artıb ,
    Manatlar əsgilib dollarlar qalxıb,
    Banklar bu millətin evini yıxıb,
    Yazıq caamatın halı yamandı,
    Yaşamaq cətindi ALLAH amandı ...

    Xoşqədəm axtarır,Xoşqədəm tapır,
    Elgizli axşamlar hey haray salır ,
    Mətanət maşaallah gündəlik tapır ,
    Noldu bütün cahan elə talandı,
    Yaşamaq cətindi ALLAH amandı...


    Ey Vətənoğlu hardasan harda,
    Yazdığın sözlərdə var idi fayda,
    Kimisi Parisdə kimi Dubayda,
    Dolanmaq cətindi cətin zamandı ,
    Yaşamaq cətindi ALLAh amandı ...

    Seymur sözlərinin nöqsanı coxdur ,
    Kiminsə gözündə mənalar yoxdur,
    Bəlkədə dünyada sənə yer yoxdur ,
    Hazırlaş sənində vaxtın tamamdı ,
    Yaşamaq cətindi ALLAh amandı...

    Seymur Sönməz

    alıntı
0 0 0