Axı bu dünyanı sənsiz neylərəm

Son güncelleme:

  • Könlümün sevgisi sən oldun əzəl
    İlk eşqə göz yumma bir insafa gəl
    Sanki vüsalıma çatmasam gözəl
    Öz canımı xəncər alıb teylərəm
    Axı bu dünyanı sənsiz neylərəm

    Hər yanda gözəllər olsada min min
    Sanki bir eşqi var sınıq könlümün
    Arzumdu gəl duraq göz gözə bir gün
    Nə sən söyləyərsən nə mən söylərəm
    Axı bu dünyanı sənsiz neylərəm

    Həsrətin qəlbimi yandırdı yaxdı
    Pünhana çəkildim göz yaşım axdı
    Ölüm var nahaqdı ölüm var haqdı
    Mən də o kürsüdə nahaq əylərəm
    Axı bu dünyanı sənsiz neylərəm

    alıntı
0 0 0