Gedəcəyəm ömründən sənin

Son güncelleme:
  • Yiğıb hisslərimi etəklərimə,
    Həkk edib eksini bəbəklrəimə,
    El edib son ümid, diləklərimə
    Bir gün gedəcəyəm ömründən sənin.

    Sən idin sevincim, sənin idin dərdim,
    Sənsiz keçirdiyim tənha günlərin
    Atəşi könlümü yaxsa da, neynim
    Bir gün gedəcəyəm ömründən sənin.

    Demirəm həsrətdən solmayacağam,
    Demirəm kövrəlib dolmayacağam,
    O sənli günlərlə yaşayacağam,
    Bir gün dönəcəksən, olmayacağam.

    Həyatda o günlər tapölan deyil,
    Bu qatar geriyə qayıdan deyil,
    Özgəsi dərdini ovudan deyil,
    Bir gün dönəcəksən, olmayacağam.

    alıntı
0 0 0