Neyləyim gülüm

Son güncelleme:

  • Yadındamı dedin sevirəm səni
    Sevirəm o gözəl qara gözləri
    Dilimdən hər çıxan şirin sözləri
    Sən idin sevgiylə duyan ey gülüm.


    Demə şirin dillə aldatdın özün
    Artıq yalan gəlir mənə hər sözün
    Sevgiylə odlanan iki cüt gözün
    İndi özgə arar baxmağa gülüm.


    Sənə "gülüm" dedim,sevdin bu sözü
    Daha alışmaz bu sevginin közü
    Sən sildin qəlbimdən alışan izi
    Səbrim də tükənib neyləyim gülüm.


    Artıq mənasızdır bu həyat mənə
    Ürək tənha dözür sənin sevginə
    Kaş bir ruh olub girəydim qəlbinə
    Ordakı sirrləri biləydim gülüm.


    Acı olsa da unudaram səni
    Unudaram ötən şirin günləri
    Bir vaxt mehman etdim sənin eşqini
    Təki indi məni rahat qoy gülüm.

    alıntı
0 0 0