Pirojki üçün bizə lazım olacaq:
Xəmir üçün
1litr süd
3 yumurta
1ədəd adi, ucuz smetan
1çay qaşığı quru maya
1çay qaşığı duz
0,5 st duru yağ
2 kq un
İçlik üçün
1kq kartof (6-7 ədəd)
Hazırlanması:
Yumurta və xama yaxşıca çalınır, böyük bir qabda isidilmiş südə əlavə edilir. Maya qarışığa əlavə edilib bir qədər gözlənir ki, tamam ərisin. Sonra duz və un əlavə edilib boş xəmir yoğrulur. Ələ yapışan xəmir duru yağla bir qədər də yoğrulur. Üstü dəsmalla örtülüb, acımağa qoyulur. Xəmiri acıdığı müddətdə 2 dəfə də yoğurmaq lazımdır ki, tərkibindəki qazlar çıxsın.
Sonra pirojkilər düzəldilib bir dəsmalın üstünə yığılır və üstü örtülür. Hamısını düzəldəndən sonra əvvəl düzəldilən pirojkilərdən başlayaraq bişirilməyə başlanır.