Mən hərdən yadıma salıb keçmişi,
Həm çətin,həm asan gördüyüm işi,
Həm gərgin günləri, şaqraq gülüşü,
Xəyal qanadıyla əlim çatandır,
Pisləpi yadına salma amandır!
Demə ki, artıblar mərdimazarlar,
Yaxşıya-yamana quyu qazanlar,
Baş alıb gedirlər yolun azanlar,
Onlar hər vaxt olub, nəqşi- cahandır,
Pisləri yadına salma amandır!
Elə ki görürlər bir gözəl aləm,
Yığılınb məşvərət edirlər həmən,
Toplaşıb olurlar guya ki,” məlhəm,”
Çünki, pisliklərə əli çatandır,
Onları yadına salma amandır?
Allah kömək olsun bizə hər zaman,
Güc- qüvvət gətirsin dizə hər zaman,
Sevgi işıq sancsın gözə hər zaman,
Bura ana vətən gözəl məkandır,
Pisləri yadına salma amandır!
Azəri qızıyam, Qarabağlıyam,
Yam- yaşıl bağ- bağça uca dağliyam,
İstərəm ki, yazam, coşam-çağlayam,
Yarat ki, Səadət gözəl zamamdır,
Pisləri yadına salma amandır!