Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 8 Ay 15 Günden beri Online
Konu
İçerik
Üye
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Son görüş
Son görüş
134
Son güncelleme:
05.07.2015 23:50
BiR-DOST
İkimiz də bilirdik ki, gedirsən,
Bəs niyə mən səni yola salmadım.
Ayrılığın sonu yoxdur, bilirsən,
Necə də bivecəm, vecə almadım.
Gözlərində bulanmışdı inci su,
Artıq ölüb xəyalları, arzusu.
İlahi mələyi qapını pusur.
Qəlbim söylədi qal, amma qalmadım.
Oxşadım əlini, gəlmədi kara,
Sanki sığal çəkdim mən buza, qara.
Seçdiyin yol görən aparır hara?
Bunu nə sən bildin, nə mən anladım.
Böyük zövq alsaq da hər gözəl andan,
Həyat ötüb keçir qısa zamanda.
Məni çağırsan da, çağırmasan da,
Qoşa qalacaqdır, adınla, adım.
alıntı
#05.07.2015 23:50
0
0
0
Önceki Konu:
Qadınlar insan cəmiyyətinin bir qismidir
Sonraki Konu:
Nə olar yalandan sevirəm demə
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
Main-Board
izmit tıkanıklık açma