Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 7 Ay 28 Günden beri Online
Konu
İçerik
Üye
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Nədən özgəsini yar eylədin bəs
Nədən özgəsini yar eylədin bəs
125
Son güncelleme:
08.07.2015 13:21
BiR-DOST
Min il bundan əvvəl qisməti, yarı,
Mən idim könlünün, yada sal barı...
Demişdin, baxmaram özgəyə sarı,
Nədən özgəsini yar eylədin bəs?
Bu yeni həyatda görüşdük yenə,
İndi sən özgənin, özgəyəm sənə,
Sən ki, deyəcəkdin “sevgilim”mənə,
Nədən özgəsini yar eylədin bəs?
O vaxtdan keçsə də əsrlər, illər,
Dünyadan köçsə də neçə nəsillər,
Tapdı yarısını sevən könüllər,
Nədən özgəsini yar eylədin bəs?
Ötənlər yaddaşdan silinməz demə,
Yadımda xatirən edir zümzümə,
Deyirdin, tək sənsən həmdəm ömrümə,
Nədən özgəsini yar eylədin bəs?
Deyirdin alnımın qırışındasan,
Gözümün boylanan baxışındasan,
Sən mənim bəxtimin naxışındasan,
Nədən özgəsini yar eylədin bəs?
Hər axşam yananda göy ulduz-ulduz,
Deyirsən, yuxuma gəlirsən tez-tez,
Mənəmsə yuxuda gördüyün o qız,
Nədən özgəsini yar eylədin bəs?
İndi söyləyirsən, əzəldən birik,
Olaq bir günaha ikimiz şərik,
Ümidin vardısa biz görüşərik,
Nədən özgəsini yar eylədin bəs?
Sən məndən özgəni sevəcəkdinsə,
Məni özgəsinə verəcəkdinsə,
Qayıdıb könlümə girəcəkdinsə,
Nədən özgəsini yar eylədin bəs?
Oynatma könlümü yerindən belə,
Nə, uşaq deyiləm tutasan dilə,
Gəl indi cavab ver, sən Dəstəgülə,
Nədən özgəsini yar eylədin bəs?
alıntı
#08.07.2015 13:21
0
0
0
Önceki Konu:
Hər il milyonları öldürən xəstəlik Azərbaycanda
Sonraki Konu:
Günün qoroskopu - 08.07.2015
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
Main-Board
izmit tıkanıklık açma