Qədr gecələrinin gündüzündə oruc tutacağını nəzir etmiş adam düzgün edibmi?
Ramazan ayının orucu müsəlmana vacib olan ibadətlərdəndir. Ramazan ayının hər hansı gününün orucunu yalnız Ramazan orucu niyyəti ilə tutmaq lazımdır. Ramazan ayında başqa niyyətlə oruc tutmaq olmaz və belə oluc batildir.
Nəzir niyyətilə Qədr gecələrinin gündüzündə oruc tutan adam heç bir savab qazanmır, əksinə, həm Ramazan orucunu başqa niyyətlə tutduğuna görə günah qazanır, həm də nəziri yerinə yetmir.
Əgər insan hər hansı səbəb üzündən Ramazan ayının qalan günlərində oruc tutmursa və yalnız Qədr gecələrinin gündüzündə oruc tutmaq istəyirsə, bunu da Ramazan orucu niyyətilə etməlidir. Nəzir orucunu isə başqa aylarda yerinə yetirməlidir.