Gül gətirdin üstümə - Mina Rəşid

Son güncelleme: 07.08.2015 07:06
  • Gül gətirdin üstümə - Mina Rəşid
    noimage

    Sən doğmasan, yoxsa yad
    Nədən durdun qəsdimə?
    Məni öldürüb sonra
    Gül gətirdin üstümə.

    Çiçəkləri sevsəm də
    Səndən bir gül almaram.
    Ay mərdi namərd edən
    Mən həminki olmaram.

    Eşitmirəm nə desə
    Axı çoxdan ölmüsən...
    Yaxında uzaq oldun
    İndi hardan gəlmisən?!

    noimage

    Mina Rəşid
#07.08.2015 07:06 0 0 0