Allahı necə sevdiyini... - Mina Rəşid

Son güncelleme: 10.08.2015 09:33
  • Allahı necə sevdiyini... - Mina Rəşid

    noimage

    ..Allahın adını tez-tez dilə gətirən qadın,
    Yoldan bir qara daşı götürsəydin
    Qızımın telinə sığal çəksəydin,
    Gözündəki təbəssümü qəlbimə ötürsəydin
    Gözlərindən oxuyardım
    Allahı necə sevdiyini...

    ...Bir kimsəsizə həyan olsaydın,
    Gün kimi parlayıb,
    bulud kimi dolsaydın,
    Haqsızlıq önündə belə susmasaydın
    Sözlərindən oxuyardım
    Allahı necə sevdiyini...

    noimage

    Mina Rəşid
#10.08.2015 09:33 0 0 0