Dırnaqlara qulluq önəmsiz kimi görünsə də əslində bir çox insanın ilk qiymət verdiyi əl baxımında olduqca vacibdir. Bu səbəblə gözəlliyinə düşkün qadınların əsla boş buraxmadığı işlərdən biridir dırnaq baxımı. Dırnaqları qidalandırmaq olduqca əhəmiyyətlidir. Qidalanmaya diqqət etmək, bol maye qəbul etmək kimi sağlamlıq trikləri dırnaqlarda da müsbət təsir yaradır. Ancaq bir az daha qulluq təklifinə ehtiyacınız varsa bu yazı sizlər üçündür.
Dırnaqlarınızın hamar olmamasından şikayətlənirsinizsə arada bir dırnaqlarınızı üstdən pilkalaya bilərsiniz. Bunun üçün xüsusi dördlü pilkalar var və bu dördlü pilka dırnaq səthini hamarlaşdırır. Ancaq dırnaq səthini incəltdiyi üçün 3-4 həftə aralıqlarla etmənizdə fayda var.