Bir gün görüşünə gələcəyəm mən - Xatire Xatun

Son güncelleme: 17.08.2015 13:01
  • Xatire Xatun şeirləri - Bir gün görüşünə gələcəyəm mən şeirin oxu

    noimage

    Atıb içimdəki umu-küsünü,
    Bir gün görüşünə gələcəyəm mən.
    Boğub qürurumun üsyan səsini,
    Bir gün görüşünə gələcəyəm mən.
    noimagenoimagenoimage
    Səni gizlətsəm də doğmadan, yaddan,
    Çıxmadı səsinin ahəngi yaddan.
    Keçib hər əzabdan, keçib hər oddan
    Bir gün görüşünə gələcəyəm mən.
    noimagenoimagenoimage
    Bu sönmüş od-ocaq alışsın deyə,
    Dil sussun, baxışlar danışsın deyə,
    Gözüm gözlərinlə barışsın deyə
    Bir gün görüşünə gələcəyəm mən.
    noimagenoimagenoimage
    Bezib yaşadığım hər nədən hərdən,
    Bir Allah bilir ki keçib nələrdən,
    Qaçaraq o sənli xatirələrdən
    Bir gün görüşünə gələcəyəm mən
    Bir gün görüşünə gələcəyəm mən

    noimage

    Xatire Xatun
#17.08.2015 13:01 0 0 0