
daşınmasını təmin edir. Kiçik qan dövranı – qanın ağ ciyərlərə və oradan isə geriyə ürəyə daşınmasını təmin edir. Ağ ciyərlərə çatdırılan venoz qan, orada tərkibində olan karbon qazından azad edilərək oksigenlə zənginləşdirilərək arterial qana çevrilir və ürəyə qaytarılır. Böyuk qan dövranı ilə qanın bir dəfə dövr etməsi 20-30 saniyə, kiçik qan dövranı ilə isə 4-5 saniyə ərzində baş verir.