
və mailyyə idarəsi — hesab paltası təşkil edirdi. Dövlət aparatının inkişafının əsas xətti əsas vassal xidmətinin tədricən dövlət tərəfindən ödənilən kimi krala yaxın olan iri feodallardan, şəhzadələrdən və həmçinin çox vaxt nəcib təbəqədən olmayan məşurlardan — legistlərdən ibarət idi. Domen inzibati dairələrə bölünmüşdü və onların başında nəzarətçilər — prevolar dururudu. dairələr daha iri vahidlərə — balyans (şimalda) və seneşallarda (cənubda) birləşirdilər. onların başında duran kral məmurları — balya və seneşallar inzibati məhkəmə və hərbi hakimiyyəti yerinə yetirirdilər.
, Kastiliyanı, Şotlandiyanı və Papalığı ( Fransanın tərəfində
özünə cəlb etdi. Müharibə 1337 – ci ildə ingilislərin şimalda hərbi əməliyyatları ilə başladı. 1340 – cı ildə isə onlar Flandriya sahillərində dəniz döyüşündə qələbə çaldılar. 1346- cı ildə Kresi döyüşündə ingilislərin qələbəsi müharibənin I mərhələsinin həlledici anı oldu. 1347 – ci ildə strateji liman – Kale ingilislərin əlinə keçdi.
Qaskon canişini təyin etdi. Bordoda möhkəmlənən Eduard Fransanın mərkəzi vilayətlərinə talanedici yürüşlər edirdi. Növbəti talandan dönən şahzadənin dəstəsi 1356- cı ildə Puatye yaxınlığında fransız ordusu ilə rastlaşdı. Sayca ingilislərdən çox olan fransızlar bu döyüşdə də məğlub oldular.