Səni gözləyirəm - Rəvan Nişançı Məmmədli

Son güncelleme: 28.08.2015 14:35
  • Rəvan Nişançı Məmmədli şeirləri - Səni gözləyirəm şeirin oxu

    Səni gözləyirəm, görmədiyim qız!
    Onsuzda bilirəm, bir gün gələssən
    Gecikmə ömrümə, ömür az olur
    Dünya dağılmaz ki, biraz tələssən...
    Səni gözləyirəm, mən sevmək üçün
    Tale yollarımız kəsişənədək
    Nə adın məlumdur, nə də kimliyin
    Həsrətlə yolunu gözləyir ürək
    Səni gözləyirəm, gözlərim ilə
    Gözünün içinə,baxmadığım qız...
    Başımdan bircə tük əskik olanda
    Gözündən yaş olub,axmadığım qız..
    Səni gözləyirəm, ipək saçları
    Əlimlə oynadıb, doymadığım qız...
    Yuxular, xəyallar səssizdir deyə,
    Bir kərə səsini, duymadığım qız...
    Səni gözləyirəm,hər addımbaşı
    Hər şeyə qısqanıb,bezdirən gözəl...
    Nişan üzüyümün digər tayını,
    İncə barmağında, gəzdirən gözəl...
    Səni gözləyirəm, qanadsız mələk!
    Səni gözləyirəm hər şeyim, tənim
    Eşqin qələmiylə bir ömür boyu
    Alnıma yazılmış, qismətim mənim
    Səni gözləyirəm, gözləyəcəmdə..!
    Heç kimə sevirəm deməyəcəyəm...
    Səninlə nə vaxtsa rastlaşanadək...
    Bir Allah qulunu,sevməyəcəyəm..!


    Rəvan Nişançı Məmmədli
#28.08.2015 14:35 0 0 0