əl-Adiyat surəsi

Son güncelleme: 30.08.2015 18:34
  • Qurani Kərim - əl-Adiyat surəsin oxu

    noimage

    əl-Adiyat (Qaçan atlar) surəsi

    (Məkkədə, bir rəvayətə görə isə Mədinədə nazil olmuşdur, 11 ayədir)

    Mərhəmətli, rəhmli Allahın adı ilə!
    1 - And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara;
    2 - And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara;
    3 - And olsun sübh çağı hücum edən atlara;
    4 - And olsun o vaxt (və ya: o yerdə;) toz-duman qopardan atlara;
    5 - Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə;) təpinən atlara ki,
    6 - İnsan öz Rəbbinə qarşı çox nankordur.
    7 - Və o özü də buna şahiddir.
    8 - Həqiqətən, insan var-dövlətə çox hərisdir!
    9 - Məgər o bilmirmi ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı;
    10 - Ürəklərdə olanlar faş ediləcəyi zaman
    11 - Həmin gün Rəbbi onları (özlərinin bütün əməllərindən) xəbərdar edəcəkdir (cəzalarını verəcəkdir)!

    Alinti...
#30.08.2015 18:34 0 0 0