əl-Huməzə surəsi

Son güncelleme: 30.08.2015 18:37
  • Qurani Kərim - əl-Huməzə surəsin oxu

    noimage

    əl-Huməzə (Qeybətçi) surəsi

    Məkkədə nazil olmuşdur, 9 ayədir)

    Mərhəmətli, rəhmli Allahın adı ilə!
    1 - (Dalda) qeybət edib (üzdə;) tənə vuran hər kəsin vay halına!
    2 - O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar).
    3 - Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.
    4 - Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır!
    5 - Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?!
    6 - O, Allahın yanar odudur.
    7 - Elə bir od ki, ürəkləri yandırıb-yaxar.
    8 - O, belələrinin (qeybətçilərin və tənə vuranların) üzünə qapanıb kilidlənəcəkdir.
    9 - Onlar (Cəhənnəmdə;) hündür sütunlara bağlanmış olacaqlar!

    alinti...
#30.08.2015 18:37 0 0 0