Röya Ayxan üzüyünü tapıb - ATV məni bağışlasın

Son güncelleme: 01.09.2015 00:51
  • Show Biznes xeberleri - Meşhurlar

    noimage

    Bir müddət öncə “Azad Azərbaycan” telekanalının “Gündəlik” verilişində iştirakı zamanı üzüyünü itirdiyini “İnstagram” səhifəsində elan edən müğənni Röya Ayxan sevindirici xəbər alıb. Lent.az-ın məlumatına görə, “10-lar” verilişinə açıqlama verən ifaçı bildirib ki, üzüyünü tapıb: “ Üzüyümü tapdılar. Sən demə, üzük paltarımı qoyduğum çexolun içinə düşüb. O, paltarları da bağa aparmışdılar. Bu yaxınlarda çexolu evə gətiriblər, içindən düşüb. ATV-ni çox incitdim, məni bağışlasınlar. Üzüyü tapan adama da yaxşı pul verdim”.

    Qeyd edək ki, R.Ayxan bir müddət öncə üzüyünü itirdiyini “İnstagram” səhifəsində bu sözlərlə ifadə etmişdi: “Dünən ATV telekanalında çox sevdiyim üzüyümü itirmişəm. Bütün işçi heyətindən həmin üzüyün tapılmasını xahiş edirəm. O üzük mənim üçün çox dəyərlidir. Onu bilirəm ki, üzüyü mənim üçün ayrılan otaqda barmağımdan çıxartdım”.

    alinti...
#01.09.2015 00:51 0 0 0