Yeni şeirlər - Pranga şeirlər - Ağlama dik tut başını şeirin oxu
Ağlama dik tut başını...!
Bizi bu ayrılığa salanlar utansın...
Bir ürəkdə yer tapıb sevə bilməyib
Fərqli bədənlərdə sevgi axtaranlar utansın
Bilirəm sözlərim hədər, ağrılar qalar, özləmin gedər
Dənizlər utansın sən utanma!
Xəzər utansın ki, mavi deyil gözlərin qədər
Bərhudaram ,indi qoy bu şeirə biraz sən qatım
Yağış belə sən qoxur,tütün belə sən dadır
Getmə sən qadın! Adın dilimin əzbəri
Bu qədər ağrının içində ölümdü mükafatım
Görüşərik yenə bir gün
Bəlkə bir dayanacaqda bu yanlızlar şəhərində
Yağış asfalta döyərkən
Bir payız axşamı, bir Şəhriyar şeirində....