Evdə Hazırlanmış Asan Dulce de Leche

Son güncelleme: 16.09.2015 22:35
  • Evdə Hazırlanmış Asan Dulce de Leche terifi - Evdə Hazırlanmış Asan Dulce de Leche hazirlanmasi

    noimage

    Təxminən 2 stəkan alınır
    Qeyd: Əksər tort və pirojna reseptləri üçün sizə 1-dən çox (adətən 2) banka dulce de leche lazım olacaq. Bu reseptdən istifadə edərək istədiyiniz qədər dulce de leche hazırlaya bilərsiniz. Bankaları eyni vaxtda bişirin.

    Ərzaqlar
    Bir konserv bankası (400 qramlıq) şəkərli qatılaşdırılmış süd (idealda orqanik)
    Hazırlanması
    Etiketi bankanın üstündən qoparın. (Əgər o çox yaxşı yapışdırıldığına görə bankadan qopmursa narahat olmayın, banka bir az qaynayan suda qaldıqdan sonra kağız özü qopacaq. Beləliklə, onu qaşıq, yaxud çəngəl vasitəsilə qazandan çıxarın.)
    Bankanı kiçik qazana qoyun. Qazanı bankanın üstü örtülənə qədər su ilə doldurun. Orta istilikdə qaynama həddinə çatdırıb istiliyi orta-aşağı səviyyəyə endirin. Bu istilikdə qazanı ehtiyatla 3 saat qaynadın. Çox vacibdir: Banka həmişə su ilə yaxşı örtülmüş olmalıdır. Buna görə də qaynama zamanı su azaldıqca qazana bir az da qaynar (!) su əlavə edin.
    Siz öz qatılaşdırılmış südünüzü 3 saatdan az vaxt ərzində də qaynada bilərsiniz. Bu, sizin əlinizdə olan konkret resept üçün hansı qatılıqda dulce de leche lazım olduğundan asılıdır. Aşağıdakı şəkildə qaynama müddətindən asılı olaraq qatılaşdırılmış südün rənginin və qatılığının necə fərqləndiyini görə bilərsiniz. 3 saatlıq dulce de leche tünd, yaxud karamel rəngində və daha qatı olacaq. Növbəti resept üçün bankanı 3 saat qaynadın.
    Vaxt çatanda ehtiyatla qazandakı suyu boşaldın. Sonra isə mətbəx əlcəyinin köməyilə (qətiyyən yalın əllə yox!) bankanı qazandan çıxararaq bir kənarda otaq temperaturunda soyumağa qoyun. Bankanı soyumamış açmağa cəhd etməyin. Yoxsa süd sıçrayıb hər yerə yayılacaq. Üstəlik, o qaynardır və banka partlaya bilər! Tamamilə soyuyandan sonra bankanı açıb dulce de lecheni qarışdırın və reseptinizdəki təlimata uyğun istifadə edin. Yaxud da dəmir bankadan boşaldıb şüşə bankaya yığın, ağzını qapaqla bağlayıb 3 həftəyə qədər soyuducuda saxlayın.

    noimage


    alinti...
#16.09.2015 22:35 0 0 0