Lukaşenkoya qarşı sanksiyalar ləğv edilə bilər

Son güncelleme: 18.09.2015 05:11
  • Xeber - xeberler - Dunyadan xeber

    noimage

    Avropa İttifaqı Belarus prezidenti Aleksandr Lukaşenkoya tətbiq olunan sanksiyaları dayandıra bilər.

    APA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb. “Avropa İttifaqı çox güman ki, ötən ay siyasi məhbusların azadlığa buraxılması ilə əlaqədar Belarusa qarşı bəzi sanksiyaları, o cümlədən Aleksandr Lukaşenkoya qoyulan səyahət qadağasını dayandıracaq” , - deyə diplomatik mənbə bildirib.

    Mənbə insan haqlarının pozulması ilə əlaqədar 200 şəxsə münasibətdə tətbiq olunan viza qadağası və xaricdəki aktivlərinin dondurulması ilə bağlı qərarın ləğvinin nəzərdə tutulduğunu da deyib: “Bu məsələ Lukaşenkoya, eləcə də prezidentə yaxınlığı ilə tanınan hakim və siyasətçilərə şamil edilə bilər”.


    alinti...
#18.09.2015 05:11 0 0 0