Alma sirkəsində marinə edilmiş skumbriya

Son güncelleme: 23.09.2015 00:09
  • Alma sirkəsində marinə edilmiş skumbriya - Alma sirkəsində marinə edilmiş skumbriya terifi - Alma sirkəsində marinə edilmiş skumbriyanin hazirlanmasi

    noimage

    Tərkibi:

    2 dondurulmuş skumbriya
    soğan
    250 ml su
    6 mixək
    5-6 dənəvər qara istiot
    1/3 ç.q. üyüdülmüş ağ istiot
    1 çimdik keşniş toxumu
    2 ç.q. duz
    0,5 ç.q. şəkər tozu
    2 x.q. bitki yağı
    2,5 x.q. alma sirkəsi

    Skumbriyanı təmizləyib doğrayın.

    Suyu qaynadın, duz, şəkər tozu, mixək, dənəvər və üyüdülmüş istiot, keşniş toxumu, yağ əlavə edib vam odda bişirin, qaynara düşəndən 1 dəqiqə sonra sirkə töküb ocaqdan götürün. Soyudun.

    Soğanı yarımhalqa doğrayın. Balığı soğanla birlikdə dərin qaba yığıb üzərinə soyumuş marinadı tökün. 1 sutka saxlayın.

    Nuş olsun!

    alinti...
#23.09.2015 00:09 0 0 0