Gecə və mən - Rəvan Nişançı Məmmədli

Son güncelleme:
  • Rəvan Nişançı Məmmədli şeirləri - Gecə və mən şeirin oxu
    noimage

    Dəlisi olmuşam, dəliyəm deyə
    Ağlayan halıma gülən bir qızın
    Su səpdim yoluna göz yaşlarımla
    Yuxuma minnətlə gələn bir qızın

    Kişilər ağlamaz deyirsən mənə
    Kişi də insandır, vardır ürəyi
    Mən yaxşı bilirəm kişi ağlayar
    Gərəksiz bilərsə onu gərəyi

    İştahım pis deyil,baxma düşmüşəm
    Hər gecə qəm içib, kədər yeyirəm
    Mənim yaşıdlarım bəylik geyəndə
    Həsrətdən biçilmiş kəfən geyirəm

    Cavabsız suallar gəzir beynimdə
    Sən məni unutdun, bilmədim necə
    Yuxusuz açmaqdan,sübhü,səhəri
    Gecəylə dostam mən indi hər gecə

    Gözlərim gör necə ağlayıb mənim
    Yastıqdan göz yaşı qoxusu gəlir
    Gecə də bacara bilmədi, mənlə
    Bu gecə gecənin yuxusu gəlir

    noimage
    Rəvan Nişançı Məmmədli
0 0 0