Nadir Qafarzadə niyə ağladı

Son güncelleme: 06.10.2015 12:17
  • Şou biznes xəbərləri - Məşhurlar

    Müğənni Nadir Qafarzadə bu gün Buzovnada yerləşən “1 saylı psixonevroloji yaşayış müəssisi”ndə tədbir keçirib. İfaçı tədbirdə “Gün keçdi” adlı klipini mediaya təqdim edib. Ekran işini təqdim edən müğənni daha sonra təəssüratlarını bölüşüb: “Bu gün burda olduğuma üçün özümü çox şanslı sayıram. Əqli və ya fiziki cəhətdən qüsuru olmuş insanlara hər birimiz dəstək olmalıyıq. Bu bizim insanlıq borcumuzdur. Hər zaman klip çəkdirib, mediaya təqdim etmişəm. Amma bu dəfə fərqlilik etmək istədim. Düşündüm ki, bu cür insanların qarşısında klip təqdim etsəm, onlara baş çəksəm, Allaha da xoş gedər. Bu gün təqdim etdiyimiz “Gün keçdi” adlı klipi elə burda izlədim. İzləyən anda da göz yaşlarımı saxlaya bilmədim. Elə klipdə də aktyor qismində “1 saylı psixonevroloji yaşayış müəssisi”nin sakinləri çəkilib. Düşünürəm ki, fərqli bir klip ərsəyə gəlib”.
    Ekran işinin rejissoru Nail Naiboğlu da fikirlərini bölüşüb: “Bu bir layihədir. Kliplərin ardı var. Layihənin ilk iştirakçısı Nadir Qafarzadə idi. Klip İsmayıllının İvanovka kəndində çəkilib”.
    Xatırladaq ki, “Gün keçdi” adlı bəstənin sözləri Rəfiq Zəka Xəndana, musiqisi Fərid M. Bayramlıya məxsusdur. Klipin prodüseri Emil Fərmandır.
    Qeyd edək ki, təqdimatdan sonra N.Qafarzadə 2 saata yaxın konsert proqramı ilə çıxış edib. Gecəyə rəqqasə Fatimə Fataliyeva da qatılıb.

    alıntı
#06.10.2015 12:17 0 0 0