Bir neçə gün öncə xalq artisti Flora Kərimova ilə qalmaqal yaşayan müğənni Nadir Qafarzadə maraqlı addım atıb. Lent.az-ın məlumatına görə, N.Qafarzadə F.Kərimovanın illərdi küsülü olduğu xalq artisti İlhamə Quliyeva ilə çəkilmiş şəklini sosial paylaşaraq, şərəfinə təriflər yağdırıb: “Azərbaycanın şərəf və şöhrət ordenli, türk dünyasının kraliçası, xalq artisti dünya şöhrətli sənətkar İlhamə Quliyeva, sizi çox sevirəm. Şedevr əsərlərin peşəkar ifaçısı, sizi sevməyənlər dayaz düşüncəli adamlardı. Onlar sizi anlamazlar. Zəfəran məsələsi. Siz Azərbaycan səhnəsinin günəşisiniz. İndi bir çoxları bunu yaltaqlıq kimi başa düşəcək. Amma bu belə deyil. Bax buy zəfəran söhbəti, sözlərimi yaltaqlıq kimi başa düşənlərə aiddir. Sizi tanımayan özünü tanımır".
Xatırladaq ki, N. Qafarzadə F.Kərimova ilə “Nanəli” verilişində qalmaqal yaşamışdı. Belə ki, xalq artisti ona “Bu sənətdə sənə çörəyi mən vermişəm” demişdi. N.Qafarzadə isə bu sözlərə etiraz edərək, verilişi yarımçıq tərk etmişdi.
Qeyd edək ki, İ.Quliyeva isə bir müddət öncə Qafarzadəyə “Şah” titulunu verib.