İzzət Bağırov - Məni tam fərqli görəcəksiniz

Son güncelleme: 07.10.2015 11:47
  • Şou biznes xəbərləri - Məşhurlar
    noimage
    Müğənni İzzət Bağırov yeni təqdim etdiyi “Yaradanım” adlı mahnısına klip çəkdirir. Məlumata görə, klip çəkilişləri bir neçə məkanda baş tutub. Ekran işində müğənni Hacı Nazim də iştirak edir.

    İ. Bağırov klipini müsəlmanlara həsr etdiyini bildirib: “Klip bir neçə məkanda çəkilir. Hələ Şamaxı rayonunda çəkilişlərimiz olacaq. Ekran işinin süjet xətti özümə məxsusdur. İlk çəkilişlər İçərişəhərdə cümə məscidində aparıldı. Klipi bütün mömin bacı və qardaşlarımıza hədiyyə edirəm. İşlər tam yekunlaşsın, tam fərqli bir mövzu, fərqli bir İzzət görəcəksiniz”.

    Qeyd edək ki, bəstənin sözləri Elşən Xəzərə, musiqisi Hacı Nazimə məxsusdur.

    alıntı
#07.10.2015 11:47 0 0 0