Müğənni Nadir Qafarzadə bir neçə gün öncə qalmaqal yaşadığı xalq artisti Flora Kərimovaya barışıq jesti edib. müğənni xalq artisti ilə bigə çəkilmiş şəklini sosial şəbəkədə paylaşaraq “Mən kinli adam deyiləm. Allah hamıya ürəyinə görə versin. Mən bu xanımı sevirəm. Bilirəm ki, o da məni çox istəyir” şərhini yazıb.
Qeyd edək ki, N.Qafarzadənin F.Kərimovadan incik düşməsinə səbəb xalq artistinin ona “Sənə çörəyi mən vermişəm” sözləri olmuşdu. N.Qafarzadə həmkarının ünvanına bu sözləri demişdi: “Flora xanıma hər zaman hörmətlə yanaşmışam. Amma bu o demək deyil ki, mənlə duet oxuduğunu başıma vurmalıdır. Hər dəfə müsahibəsində “Sənə çörəyi mən vermişəm” deyərək, məni pərt etməməlidir. Yetər artıq. İnsana çörəyi Allah yetirir. Bizlər sadəcə vasitəçiyik. Mən də bu həyatda saysız-hesabsız xeyriyyə işləri görmüşəm. İndi durub hamısını bir-bir deməliyəm? Mənim 44 yaşım var. Səbr kasam dolub. Bundan sonra barəmdə danışan olsa, layiqli cavablarını alacaqlar. Hələlik isə bəzi yaşlı nəslin nümayəndələrindən xahiş edirəm ki, biz cavanları rahat buraxın. Elə edin ki, hər zaman hörmətli olasınız”.