Səxavət Məmmədov

Son güncelleme: 13.10.2015 22:27
  • Səxavət Məmmədov - Səxavət Məmmədov kimdir? - Səxavət Məmmədov haqqinda - Mugam ustasi - Mugeni - Xalq artisti - Xanende


    noimage

    Ümumi məlumatlar:

    Doğum adı : Səxavət Əmirxan oğlu Məmmədov
    Doğum tarixi: 23 oktyabr 1953
    Abdal-Gülablı, Ağdam rayonu
    Vəfatı 30 sentyabr 1991 (37 yaşında)
    Peşəsi: xanəndə

    Səxavət Əmirxan oğlu Məmmədov (10 oktyabr 1953, Ağdam rayonu – 30 sentyabr 1991) — Azərbaycan xanəndəsi.

    Həyatı

    Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur. Səxavətin də səsi "Segah"a yatımlı idi, ruhu "Segah"a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül" "Külək" və s.

    Səxavət Məmmədov bənzərsiz səsə malik idi. Xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasına uğrayaraq dünyasını dəyişdi. Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qaldı..

    Oğlu Bəxtiyar Məmmədovdur.

    Xanəndə Firuz Səxavətin böyük qardaşıdır.

    Filmoqrafiya:Bəxt üzüyü (film, 1991) - Mahnı ifa edən

    Alinti...
#13.10.2015 22:27 0 0 0