Günə nə qədər çörək yeməli?

Son güncelleme: 15.10.2015 12:55
  • Pehriz - Gündə nə qədər çörək yemək lazımdır? - Pəhriz saxlayarkən çörək yemək düzgündürmü?

    noimage



    Beyin, sinir sistemi və qırmızı qan hüceyrələri enerji ehtiyaclarını karbohidratlardan qarşılayır. Bəzi karbohidratlar qidalarda təbii olaraq var, bəziləri isə sonradan əlavə edilir. Karbohidratların böyük qismi bitki mənşəli qidalardan alınır. Bu karbohidratlar bədənimizdə element olan qlükozaya çevrilir və qan şəkərinin əsas qaynağını meydana gətirər. Buna görə də Dünya Sağlamlıq Təşkilatı gündəlik enerjimizin 55-60 faizinin karbohidratlarla qarşılanmasının lazım olduğunu vurğulayır. Bu məqamda çörəyin vacibliyi ön plana çıxır.


    Süfrələrin əsas qidası – çörək

    Süfrələrin əsas qidası çörək olmadan heç bir qida proqramı qəbul edilə bilməz. Elmi araşdırmaların nəticələrinə görə, türk xalqlarının təxminən 70 faizinin qidalarının əsasını taxıllı bitkilər təşkil edir, bunun da 70 faizini çörək təşkil edir. Hətta düşbərəni də çörəklə yeyənlər var.


    Pəhrizdən çörəyi çıxarmaq yerinə...

    Dünya Sağlamlıq Təşkilatının sağlamlıq hesabatında köklük bədəndə artıq miqdarda yağ yığılması nəticəsində ortaya çıxan və müalicə edilməsi mütləq olan bir sağlamlıq problemi olaraq təyin edilir. O halda, həqiqi ağırlıq itkisi bədəndəki yağ kütləsinin azalması ilə mümkündür. Sümük və əzələ kütləsindəki itkilər isə sağlamlıq baxımından risklidir. Balanslı pəhrizlərdə yağ, çox aşağı nisbətdə karbohidrat tərkibli pəhrizlərdə su, aclıq vəziyyətində əzələ itkisi müşahidə edilir. Taxıllardan məhrum bir pəhriz ilə ağırlıq itkisinin sürətlə getməsi əvvəlcə su, sonra isə əzələ kütləsindəki azalma ilə əlaqəlidir. Buna görə də pəhrizdən çörəyi çıxarmaq əvəzinə qara çörək seçmək, plov, makaron, kartof kimi nişastalı qidalar yeyilən zaman yanında çörək yeməmək lazımdır. Duzsuz adı ilə satılan buğda, tam buğdalı, çovdar, kəpək çörəyindən başqa digər gündəlik duz qəbulunun 30 faizinin alındığı çörəklər süfrədə olan zaman yeməklərə və başqa qidalara duz tökmək məsləhət görülmür.


    Gündəlik çörək ehtiyacı

    İnsanlar yaş, cinsiyyət, boy uzunluğu, bədən ağırlığı, fiziki fəaliyyət səviyyəsi, qidalanma vərdişləri, iş vəziyyəti və yaşayış tərzinə görə fərqlidir. Buna əsasən, yetkin bir insanın gündəlik çörək ehtiyacı 15-300 qramdır. Çörəyin 1 dilimi 25 qram olduğuna görə, gündə 4-12 dilimə qədər çörək yeyilməsi idealdır. Tam taxıllı çörəklərin lif nisbəti yüksək olduğu üçün q lisemik indeksi aşağıdır. Beləliklə, kiloya nəzarəti təmin etmək, bədənin yağ nisbətini aşağı salmaq, qan şəkərini balanslaşdırmaq, tox tutmaq, iştaha güc gəlmək, bağırsaqların işləməsini qaydaya salmaq kimi faydaları var. Bundan başqa, dərinin elastikliyini qorumağa kömək olur, depressiyanın qarşısını alır.

    Alinti...
#15.10.2015 12:55 0 0 0
  • Günə nə qədər çörək yeməli? Konusuna Benzer Konular
  • Benzer konu bulunamadı.