
kəndində XIV yüzildə qurulmuş Bəktasi təkkəsi olan Abdal Musa Təkkəsi, İstanbulda Davutpaşa və Qoca Mustafapaşa səmtləri arasındakı Həkimoğlu Əli paşa Külliyəsi içində qalan XVII yüzilə aid abdal Yakup təkkəsi haqqında da xeyli məlumatlar vardır.A.A.Bakıxanov da azərbaycanlıların tərkibində abdal tayfasının olduğunu qeyd etmişdir. Albaniyanın Kalankatuk kəndindən olan Moisey Kalankatuklu VII yüzildə yazdığı “Albaniya tarixi” adlı əsərində abdalların adını qeyd etmişdir. Onun fikrincə abdallar (heptallar) IV əsrdə Makedoniyalı İsgəndərin hakimiyyəti dövründə (e.ə. 336-323-cü illər) buraya köçürülmüşdür. Bir məlumat da qeyd edək ki, Kembric universitetinin professoru L.Lokhart 1958-ci ildə nəşr etdirdiyi “Səfəvi sülaləsinin tənəzzülü və İranın Əfqanlar tərəfindən işğalı” adlı monoqrafiyasında bu hadisələrdən geniş bəhs etmiş və abdalları…”çox comərd və hərbsevər adamlar” kimi xarakterizə etmişdir. O, həmçinin qeyd edirdi ki, Səfəvi dövlətinin şərqində”… ən güclü tayfalar gilzaylar (qərzayilər) və abdallar idi.