Bakcell abunəçiləri internet paketlərini paylaşa biləcəklər

Son güncelleme:
  • texnoloji xəbərlər

    "Bakcell" abunəçiləri internet paketlərini paylaşa biləcəklər

    Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Azərbaycanda ilk dəfə olaraq öz abunəçilərinə internet paketlərini paylaşmaq imkanı verir.

    Şirkətdən İKT.lent.az-a verilən məlumata görə, indi "Bakcell" abunəçiləri özlərinə məxsus nömrənin internet paketini istədikləri 4 nəfər ilə bölüşə bilərlər. Beləliklə, bir neçə abunəçi eyni anda yalnız bir mobil internet paketindən istifadə edə biləcək.

    “Paylaşılan” paketdən mobil telefon, planşet, data kart və s. istifadəçiləri yararlana bilərlər. “Paylaşılan” internet paketlərinin həcmlərinə uyğun qiymətləri aşağıdakı cədvəldə göstərilib.





    Paketin həcmi
    Qiymət


    800 MB
    7 AZN


    2 GB
    10 AZN


    5 GB
    15 AZN


    10 GB
    22 AZN


    15 GB
    30 AZN


    30 GB
    45 AZN



    Həcmindən asılı olmayaraq, bütün paylaşılan internet paketlərinin istifadə müddəti 30 gündür. Abunəçi paylaşılan internet paketinin aktivləşdirilməsini "Bakcell" xidmət mərkəzinə yaxınlaşmaqla və ya 555 nömrəsinə zəng etməklə Məlumat Mərkəzi vasitəsilə həyata keçirə bilər. Paylaşılan paketin qoşulması 24 saat ərzində həyata keçirilir və paket aktivləşəndə abunəçinin nömrəsinə SMS göndərilir.

    "Bakcell" ölkədə mobil internet bazarının aparıcı qüvvəsidir. “Bakcell”in 3G şəbəkəsinin bütün ölkəni əhatə etdiyi və 4G şəbəkəsinin genişlənməkdə olduğu bir dövrdə bizim abunəçilərimizin mobil internetə olan tələbatı getdikcə artmaqdadır. 4G xidmətinin istifadəyə verilməsi bizim şəbəkəmizdə data trafikinin həcminin iki dəfə artmasına səbəb olub. Bunları nəzərə alaraq biz mobil interneti abunəçilərimiz üçün daha əlçatan edirik. Paylaşılan internet təcrübəsini Azərbaycanda ilk dəfə "Bakcell" şirkəti təqdim edir və biz inanırıq ki, abunəçilərimiz bu imkandan yetərincə faydalana biləcəklər”, - deyə "Bakcell" şirkətinin baş marketinq direktoru Mariya Toyçeva bildirib.

    Azərbaycanda mobil internet bazarının lideri olan "Bakcell" şirkəti öz abunəçilərinə daha maraqlı və əlverişli mobil internet təklifləri verməkdə davam edəcək.

    alıntı
0 0 0