Əməkdar artist Mətanət İsgəndərli “Utan bir az” adlı yeni mahnısını təqdim edib.
“Müğənnini yaşadan mahnılarıdır. Mən də hər zaman yeni mahnılarımı təqdim edirəm. Yaradıcılıq işlərimlə bağlı yeniliklərim çoxdur. Bir neçə yeni mahnılar ifa etmişəm. Onlar arasında türk mahnıları da var. Bu gün təqdim etdiyim “Utan bir az” adlı mahnının seviləcəyinə əminəm. Bu yaxınlarda yeni bir mahnıma klip çəkdirmək niyyətindəyəm" deyə müğənni bildirib.
məlumata görə, bəstənin sözləri Nurlan Hatəmoğluya, musiqisi isə Hatəm Nəbioğluna məxsusdur.