Qarın ağrısı üçün dua

Son güncelleme: 20.10.2015 18:56
  • Dua - dualar - Qarın ağrısı ucun dua oxu

    Qarın ağrısı üçün dua

    Ərəbcə

    يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ، يَا رَحْمَانُ يَا رَحيمُ، يَا رَبَّ الاَرْبَابِ، يَا اِلَهَ الْآلِهَةِ، يَا مَلِكَ الْمُلُوكِ، يَا سَيِّدَ السَّادَةِ، اشْفِني بِشِفَائِكَ، مِنْ كُلِّ دَاءٍ وَ سُقْمٍ، فَاِنّي عَبْدُكَ وَابْنُ عَبْدَيْكَ، اَتَقَلَّبُ في قَبْضَتِكَ
    اَعُوذُ بِعِزَّةِ اللهِ وَ جَلالِهِ مِنْ شَرِّ مَا اَجِدُ

    Oxunuşu

    Ya Əllahu ya Əllahu ya Əllah, ya rəhmanu ya rəhimu ya rəbbəl ərbab, ya ilahəl alihəti ya məlikəl muluk, ya səyyidəs sadət, işfini bişəfaik, min kulli dain və suqm, fəinni əbdukə vəbnu əbdikə ətəqəl-ləbu fi qəbzətik.
    Əuzu biizzətillahi və cəlalihi min şərri ma əcid.

    Tərcüməsi

    Həzrət Peyğəmbərdən (s) nəql olunmuşdur ki, balı isti su ilə qarışdırıb şərbət düzəldin və ona yeddi dəfə "Həmd” surəsini oxuyun, sonra için!
    Həzrət Əmirəl-möminin Əlidən (ə) rəvayət olunmuşdur ki, isti su içib deyin:
    Ya Allah, ya Allah, ya Allah! Ey bağışlayan və mehriban! Ey bəsləyənlərin bəsləyəni, ey məbudların məbudu, ey padşahların padşahı, ey sərvərlərin sərvəri! Öz afiyətinlə mənim bütün dərd və xəstəliklərimə şəfa ver ki, mən Sənin qüdrət əlindən dəyişən bəndən və iki bəndənin oğluyam!
    Həmçinin qarın və başqa üzvlərin ağrısının aradan qaldırılması üçün əlini ağrı hiss etdiyin yerə qoyub, yeddi dəfə
    Mənə üz gətirən dərdin şərindən Allahın izzət və calalına pənah aparıram.
    duasını oxusun, eləcə də sağ əlini ağrı olan yerə qoyub üç dəfə "Bismillah” desin.

    Alinti..
#20.10.2015 18:56 0 0 0