95 tibb işçisi cəzalandırılıb

Son güncelleme: 27.10.2015 21:31
  • Xeber - Xeberler - Sosal xeber

    noimage


    2015-ci ildə vətəndaşlardan Səhiyyə Nazirliyinə daxil olan şikayətlərin sayı açıqlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2015-ci ilin 9 ayı ərzində Nazirliyin Hüquq və daxili nəzarət sektoru tərəfindən daxil olmuş 1180 məlumat araşdırılıb.

    Aparılan araşdırmalar nəticəsində 2015-ci ilin 9 ayı ərzində 95 tibb işçisi intizam məsuliyyətinə cəlb edilib.

    Qeyd olunub ki, cinayət xarakterli pozuntu faktı ilə bağlı daxil olmuş məlumatlar hazırda hüquqi qiymət verilməsi üçün araşdırılır.

    alinti..
#27.10.2015 21:31 0 0 0