Stresdən qurtulmaq üçün bu çayı için - Resept

Son güncelleme: 28.10.2015 16:40
  • Stres - Stres haqqinda - Stresdən qurtulma yollari

    noimage

    Həyatımızın bütün mərhələlərində streslə qarşılaşırıq. Bəzilərimiz bunun öhdəsindən gələ bilsək də, çoxlarımız streslə mübarizədə aciz qalırıq. Aile.lent.az streslə mübarizə aparmaq üçün bəzi məsləhətlər təqdim edir.

    Streslə mübarizə aparmağın ən əhəmiyyətli yollarından biri zamanı ələ ala bilməkdir. Yəni ki, nizamlı bir formada hər şeyə vaxt ayırmaq lazımdır. Sadəcə dərs, iş və ya məcburi işlərə deyil, qidalanma, müxtəlif idman növləri və məşqlər, əyləncə kimi bir çox mövzulara vaxt ayrılmalıdır. Fiziki məşğuliyyət tapmaq, məşq etmək, bədənin fizioloji şərtlərini nizama salmaq lazımdır. Ürək oksigeni daha rahat göndərir və bunun sayəsində insanın gümrahlığı və gücü artır. Nəticədə stress hormonlarından yaxa qurtarmaq asanlaşır. Bu məşqlərlə yanaşı qidalanma proqramı da düzgün tərtib edilməlidir. Stresdən azad olmağın təbii yolu kimi qidalanmada çay xüsusi yer tutur. Təqdim edəcəyimiz çay resepti sizi stresdən azad edəcək.

    Lazım olan vəsaitlər:

    1 xörək qaşığı melisa, 1 dəstə çobanyastığı, 6-7 dənə təzə nanə, 1 çörək qaşığı qənd, yarım limon, 1 litr su.

    Hazırlanması:

    Melisa və çobanyastığını qaynar suya qatın və 4-5 dəqiqə dəmləyin. İçərisinə qənd atın. Qatqı ilıq olduqdan sonra limon suyu və qabığını əlavə edin. Təzə nanə yarpağından isə həm də bəzək üçün istifadə edə bilərsiniz.

    Ümidə QƏHRƏMAN
#28.10.2015 16:40 0 0 0