Bal və darçın qarışığının faydalari

Son güncelleme:
  • Sefali bitkiler - Bal və darçın - Bal və darçın haqqinda - Bal və darçınin faydasi - Bal və darçınin ne kimi faydasi var?

    noimage

    Bal ən faydalı məhsullardan biridir.
    Bal antiseptik, iltihab, virus və mikrobəleyhinə təsirə malikdir, immun sistemini gücləndirir, orqanizmə ümumi möhkəmləndirici təsir edir. Darçının da müxtəlif faydalı xüsusiyyətləri var - orqanizmin tonusunu artırır, qan dövranını yaxşılaşdırır, soyuqdəymə zamanı kömək edir, ürək, mədə, bağırsaqlar üçün faydalıdır. Darçının bir dənə də faydalı xüsusiyyəti var - piylərin əriməyini sürətləndirir. Bu səbəbdən darçın müxtəlif pəhrizlərdə istifadə olunur.

    Balla darçının qarışığı sınanmış müalicəvi və profilaktik vasitədir. Artritdən əziyyət çəkən insanlara bu qarışıq çox yaxşı kömək edir. Bunun üçün 1 xörək qaşığı bal və 1 çay qaşığı darçın 1 stəkan isti (qaynar olmamalıdır, təxminən insan bədəni temperaturunda olmalıdır) suda əridilir və səhər tezdən acqarına içilir. Müalicə kursu - 1 həftə.

    1 çay qaşığı bal və 1/2 çay qaşığı darçını 1 fincan (təxminən 100 ml) ilıq suda əridin və qəbul edin. Bu qarışıq immun sistemini möhkəmləndirir, soyuqdəymə xəstəlikləri və qrip zamanı sağalmanı tezləşdirir, xəstənin vəziyyətini yüngülləşdirir, tərlədir.
    Yorğunluq və zəiflik zamanı belə qarışıq orqanizmin tonusunu qaldırır, insanın əqli fəaliyyətini yaxşılaşdırır.

    Balla darçının qarışığı ürək əzələsinə müsbət təsir edir, damarları təmizləyir, onların elastikliyini artırır.

    Oynaq xəstəlikləri zamanı qarışıq oynaqlarda ağrıların və iltihabın azalmasına kömək edir.

    Qarışıq orqanizmi təmizləyir, cavanlaşdırır, orqanizmdən ziyanlı maddələri xaric edir.

    1 çay qaşığı bal və 1 çay qaşığı darçın qarışdırıb müxtəlif dəri problemləri zamanı istifadə etmək olar. Qarışığı zədələnmiş sahələrə çəkmək lazımdır.

    alinti..
0 0 0