Məşhur tarzən - xalq artisti - Qurban Pirimovov - Qurban Pirimovovun doğum günüdür
1880 – Məşhur tarzən, xalq artisti Qurban Pirimov (1880-1965) Şuşa qəzasının Abdal-Gülablı kəndində anadan olub.
1907 – Tanınmış jurnalist, tərcüməçi və naşir Adil Əfəndiyev (1907-1973) Gürcüstanın Axalsix rayonunda anadan olub.«Azərnəşr»in direktoru, Dövlət Mətbuat Komitəsi sədrinin müavini işləyib. Azərbaycan Jurnalistlər Birliyinin ilk sədri olub.Adil Əfəndiyev Rusca-Azərbaycanca 4-cildlik lüğətin tərtibçisi və redaktorudur, rus və Avropa yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib.
1918 – I Dünya müharibəsində məğlub duruma düşən Osmanlı dövləti müharibənin qalibi sayılan Antanta ölkələri (Britaniya, Fransa, ABŞ) Mudros sülh sazişi imzalayaraq qoşunlarını Azərbaycandan və bütün Cənubi Qafqazdan çıxarmaq barədə öhdəlik götürüb.Mudros sazişinə əsasən, Bakını tərk edəcək Osmanlı-türk qoşunlarının yerinə şəhərə ingilis qüvvələri daxil olmalı idi.Bu məqam Azərbaycanla razılaşdırılmadığı üçün Xalq Cümhuriyyətinin hökuməti Osmanlı hökumətinə etirazını bildirib. Lakin bunun elə bir nəticəsi olmayıb.
1928 – Görkəmli sənətşünas alim, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, akademik Rasim Əfəndiyev (1928-2010) anadan olub.200-dən artıq elmi məqalə və 30-dək kitabın müəllifi olan R.Əfəndiyev Azərbaycan milli sənətşünaslıq tarixi məktəbinin banilərindən biridir.“Azərbaycan dekorativ-tətbiqi sənəti”, “Azərbaycanın bəzək sənəti”, «Azərbaycan daş plastikası» kitabları xarici dillərə tərcümə olunub.